Xırdalanda əsil şou və biznes… Mügənni bağça müdirəsi oldubackend

Xırdalanda əsil şou və biznes… Mügənni bağça müdirəsi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda rüşvətlə vəzifə satılması heç kimə sirr deyil. Bunu artıq faciə belə hesab etmirik. Çünki bir qayda olaraq vəzifəni satan da məmnundur, alan da.
Amma bəzən elə kadr yerləşdirməsi baş verir ki, adamın əli ağzında qılır və doğurdan deməyə söz tapmaq olmur. Elə son olaraq Abşeron rayonunda 17 saylı bağçanın müdiri vəzifəsinə olunan təyinatda bu qəbildəndir. Yəni deməyə söz yoxdur…

Abşeron rayonunun icra başçısı İradə Gülməmmmədova anoloqu olmayan bir kadr dəyişikliyinə imza atıb. Xanım icra başçısı peşəkar bağça müdirəsini işdən çıxararaq, yerinə toylarda oxuyan və sosial şəbəkələrdə açıq-saçıq şəkillərini paylaşan Gülnar Nəbi Çingiz adı ilə tanınan müğənni xanımı 17 saylı bağçaya müdirə təyin edib. Və bu İradə Gülmmədovun uşaqların tərbiyəsinə verdiyi önəmdir.

Bunu başqa cür necə qiymətləndirmək olar? Hansı kriteriyalarla İradə xanım uşaq babçasına təlim və tərbiyədən anlayışı olmayan, mügənnilik həvəsində olan bir xanımı müdir təyin edib? Bunu icra başçısı izah edə bilərmi?

Xırdalanda əsil şou və biznes... Mügənni bağça müdirəsi oldu

Açığı burda “O olmasın, bu olsun” filminin məşhur epizodunu xatırlamamaq olmur. İradə xanım toyxanalar və restoranlarda oxuyan bir müğənnini bağçaya müdirə təyin edərkən, Gülnar Nəbi Çingiz xanımın pedoqoqika sahəsindəki hansı işlərini bəyənib? Bəlkə yeni müdirə uşaqlara şou-biznes aləmini anladacaq?
Hər nə isə… Bu da başımıza gəldi və başa gələn çəkilər… (Milliyol.az)

İnterpress.azhttps://youtube.com/watch?v=FWG7VGRhWRg