Saxlanılan Samir Məmmədov taksi fəaliyyəti ilə məşğuldur. Dediyinə görə, narkotiklər ona şəxsi istifadəsi üçün lazım olub. ANS TV-nin məlumatına görə, pis vərdişinə xəstəlik donu geyindirən 45 yaşlı Samir Məmmədov Abşeron polisi tərəfindən saxlanılıb.
Əməliyyatçılar samiri Xırdalan şəhərində şübhəli hərəkətlərindən sonra ifşa edə biliblər.
Polis idarəsinə gətirilən Məmmədovun üzərindən narkotik vasitə sayılan heroin çıxıb. Taksi fəaliyyəti ilə məşğul olan Samir gündəlik qazancının müəyyən bir qismini bu maddənin alışına sərf edib. Amma heç vaxt bu maddələri ailəsinin yanında qəbul etmədiyini deyib. S. Məmmədova qarşı Cinayət məcəlləsinin müvafiq maddəsiylə cinayət işi açılıb.
İnterpress.az