Nardaranda həbs edilən axunda 1 İL 6 AY HƏBSbackend

Nardaranda həbs edilən axunda 1 İL 6 AY HƏBS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Nuhbala Rəhimov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində Hüseyniyyə Məscidində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və onun barəsində Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılmışdı. Daha sonra N.Rəhimov haqqındakı inzibati həbs tədbiri 4 aylıq qəbs-qətimkan tədbirinə dəyişdirilib və o, Nardaran hadisələrilə bağlı təqsirli bilinərək başlanmış cinayət işinin istintaqına cəlb edilib.

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində \”Müsəlman Birliyi\” adlanan təşkilatın rəhbəri Taleh Bağırov və təşkilatın 13 üzvü saxlanılıb. Əməliyyat zamanı polislə təşkilat tərəfdarları arasında baş verən qarşıdurma zamanı ikisi polis olmaqla 6 nəfər həlak olub.(lent.az)

İnterpress.az