Gəncədə Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm Nazirliklərinin birgə əməkdaşlığı ilə regionlarda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti təlim kursları başa çatdı.
Təlimlər Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin bu sahə üzrə müvafiq təlimçiləri tərəfindən keçirildi.
Qeyd edək ki, cari ilin 24-31 may tarixlərində 4 sahə – “Mehmanxana idarəçiliyi”, “Qeyd-qəbul”, “Xadiməçilik” və “Masa xidməti” ixtisasları üzrə keçirilən təlim-tədris kurslarında Gəncə şəhəri ilə yanaşı, ətraf regionlarda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin 100-ə yaxın işçiləri kurslarda iştirak etmişdir.
Sonda təlimlərdən uğurla keçən iştirakçılara sertifikatlar verilib.
İnterpress.az