Ramil Usubov vəhhabilərin yaraladığı polisi rəis təyin etdibackend

Ramil Usubov vəhhabilərin yaraladığı polisi rəis təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Qusar Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Məhəmməd İbrahimov tutduğu vəzifədən azad edilərək Ağcabədi Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən yeni təyinat xəbərini təsdiqləyiblər.

Xatırladaq ki, M. İbrahimov bir neçə il əvvəl Qusarda vəhhabilərə qarşı keçirilən xüsusi əməliyyatda yaralanıb. Onu da qeyd edək ki, Ağcabədinin bundan əvvəlki rəisi Şamil Seyidli bir müddət əvvəl tutduğu vəzifədən azad edilib. (musavat)

İnterpress.az