Proses zəifləsə də, indi də davam etməkdədir.
Sirr deyil ki, Azərbaycandan da İŞİD-in tərkibində vuruşanlar var…
İndiki situasiyada vəziyyət heç də İŞİD-in xeyrinə deyil. Suriya və İraqda İŞİD-in mövqelərinə hücumlar davam etdirilir.
Artıq Suriya kürdlərinin silahlı qüvvələri İŞİD-in özünə “paytaxt” elan etdiyi Rakka şəhərinin 10 kilometrliyinə çatıb.
Bu səbəbdən də müxtəlif ölkələrdən olan muzdlu terrorçular yavaş-yavaş İŞİD sıralarını tərk etməyə başlayıblar. Nəzər alsaq ki, İŞİD-in sıralarını tərk edənlər arasında azərbaycanlılar da var, onda onlardan gələ biləcək təhlükə barədə düşünməyə dəyər.
Ümumiyyətlə, İŞİD üzvü olan azərbaycanlılar birbaşa Azərbaycana qayıda bilərmi?
Bu məsələdə hüquq-mühafizə orqanları necə xidmət göstərməlidir?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Modern.az-a açıqlamasında deyib ki, İŞİD üzvü olan azərbaycanlılar ilk səfərdə Azərbaycana qayıtmaq haqqında düşünməyəcəklər.
“Çox güman ki, İŞİD-ə qoşulan azərbaycanlılar bura gəlməyəcək. Heç Türkiyəyə də dönməyəcəklər. İŞİD üzvü olan azərbaycanlılar birbaşa Şimalı Qafqaza gedəcəklər.
Çünki Türkiyə kəşfiyyatı ilə Azərbaycan xüsusi xidmət orqanları arasında ciddi əməkdaşlıq var. Hesab edirəm ki, əməkdaşlığın nəticəsi olaraq mümkündür ki, Türkiyənin özündə onları həbs etsinlər. Onlar çox güman ki, başqa terrror təşkilatlarına qoşulacaqlar. Ərəb İslam bayrağı altında dünyasında kifayət qədər terror təşkilatı fəaliyyət göstərir”.
İlham İsmayılın sözlərinə görə, bu cür terror təşkilatlarının üzvü öz ölkəsi üçün potensial terrorçudur.
[/b]
“Suriyaya gedib terror təşkilatına qoşulanlar sonradan ölkəyə qayıtdıqda potensial terrorçu olurlar. Cinayət Məcəlləsinə görə, respublikadan kənarda qanunsuz silahlı birləşmələr, terror təşkilatlarında iştirak edən hər kəs cinayət məsuliyyəti daşıyır. Ölkəyə qayıtdıqda onlara qarşı cinayət işi qaldırılır və həbs edilirlər. Bu adamlar mütləq nəzarətdə olmalıdırlar. Çünki onların keçmiş sahiblərindən yaxşılıqla, yaxud da dava ilə ayrılmalarının fərqi yoxdur.
Onlar nə zamansa Azərbaycanda da bu və ya digər formada tapşırıq yerinə yetirə bilərlər. Təbii ki, onlar Azərbaycana qayıdandan sonra ağac əkəsi deyillər. Müxtəlif yerlərdə terror hadisəsi törədə bilərlər.
İndiki halda bu adamlar ölkəyə qayıtdıqda xüsusi diqqət və nəzarət altında saxlanılmalıdır ki, qanunvericiliyin imkan verdiyi bütün maddələrlə həbs olunsunlar”.
[b]İnterpress.az