Bakı yaxınlığında faciə – quyudan meyitləri çıxdıbackend

Bakı yaxınlığında faciə – quyudan meyitləri çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin yaydığı məlumata görə, Abşeron rayonu, Məmmədli qəsəbəsində 2 nəfər su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1983-cü il təvəllüdlü Əliyev Ümid Bəxtiyar oğlu və 1987-ci il təvəllüdlü Babayev Rahim Sahib oğlu dərinliyi 4 m olan su quyusunda vəfat ediblər.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Ü.Əliyevin və R.Babayevin cəsədini quyudan çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 22:03-də başa çatıb.

İnterpress.az