Yadplanetlilərlə intim əlaqəyə girən insanlardanbackend

Yadplanetlilərlə intim əlaqəyə girən insanlardan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

David Haqqins hazırda ABŞ-ın Nyu-Cersi ştatında yaşayan, yaşı 70-i ötən bir rəssamdır. Açıqlamlarında 8 yaşından bu yana fəzalılar tərəfindən izləndiyini deyib. Rəssam 17 yaşı olan zaman bir fəzalı tərəfindən meşəyə qaçırıldığını və orada qadın cinsindən olan UFO-lu ilə intim əlaqədə olduğunu qeyd edir. O, hətta yaxınlıq etdiyi fəzalıdan uşağının da olduğunu və onların hər ikisinin rəsmini çəkdiyini açıqlayıb.

İngilis iş adamı olan xanım Suzanna Broun yerli jurnallardan birinə verdiyi müsahibəsində sensasion açıqlamaları ilə hamının marağına səbəb olmuşdu. Suzanna bir neçə il yadplanetlilər tərəfindən cinsi istismara məcbur qaldığını öz müsahibəsində ilk dəfə olaraq qeyd etmişdi. Xanımın sözlərinə görə, boyları orta hesabla 1.50 sm olan sarı saçlı, qeyri-adi varlıqlar ondan yaxın münasibət tələb ediblər.

Panela Stenobreke ABŞ –da o qədər də tanınmyana caz ifaçısıdır. O, da müsahibələrinin birində yadplanetlilərlə düz 8 dəfə intim əlaqədə olduğunu bildirib. İlk dəfə isə qaçırıldığı kosmik gəmidə bu hadisənin baş verdiyini açıqlayıb.

Simon Park İngiltərədə tanınmış politoloqlardan biridir. Amma onun elə politoloq kimi də tanınmasına fəzalılar barəsindəki qəribə iddiası səbəb oldu. Simon 2013-cü ildə televiziyaya çıxaraq yadplanetli qadınla 4 ildir ki, sevgi münasibətlərinin olduğunu açıqladı. Bütün ölkə onun açıqlamasından dəhşətə gəldi. Simonun sözlərinə görə, boyu 3 metrə yaxın olan və özünü “pişiklər kraliçası” adlandıran bir fəzalı onunla sevgili olmaqla bərabər həm də intim yaxınlıq da yaşayıb. Onların bir övladı da olub. Onun adını “Zarta” qoyub.

Peter Kouri isə yadplanetlilərlə təmasdan sonra özünü itirməyən və bu istiqamətdə çıxış yolunu axtaran bir şəxsdir. O, bir gün gecə yarısında qəflətən yuxudan ayılan zaman ətrafında qeyri-adi varlıqların olduğunu görüb. Təbii ki, yarıyuxulu insan onların fəzalı olduğunu ayırd edə bilməzdi. Heç onun qorxmağa vaxtı da olmayıb. Şokdan ayılan ərəfədə beyninə sancılan iynə onu yenidən yatırdıb. Səhər oyananda isə heç nəyi xatırlamayıb.

Bu hadisədən bir müddət sonra həyat yoldaşını qatarla yola salıb evə qayıdan Peter istirahət etmək üçün yatağa uzanır. Elə bu zaman başının üstündə ona tanış olan simaları-fəzalı iki qadını görür. Onlar Peteri zorla intim münasibətə cəlb etmək istəyirlər. Lakin bir neçə dəqiqədən sonra yoxsa çıxırlar. Artıq müəyyən qədər təcrübə toplayan Peter öz üzərində fəzalılardan qalan sarı saçları xüsusi laboratoriyaya təqdim edir. Saçların DNT analizi aparılır. Analizdən sonra məlum olur ki, həmin saçlar bir zamanlar qədim Çinin şimalında yaşayan, indi isə mövxud olmayan bir irqə məxsusdur. Hansı ki, həmin irq dünyanın ən qədim insanları hesab edilir. (Moderator)

İnterpress.az