Namiq Abbasovdan deputatın təklifinə REAKSİYAbackend

Namiq Abbasovdan deputatın təklifinə REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Elmira Axundova Milli Məclisin plenar iclasında sabiq diplomatların təqaüdlərinin az olmasından danışıb.

Xanım deputat eks-səfirlərin təqaüdlərinin artırılmasının vacibliyini vurğulayıb.

“Təəssüflə qeyd etməliyik ki, həm fövqəladə və səlahiyyətli səfirlərə, həm də məsləhətçi, birinci katib və s. statusda olan Xarici İşlər Nazirliyinin işçilərinə respublikada mövcud olan orta pensiya həddindən də az təqaüd təyin olunur, 150-300 manat arası”,-deyə o bildirib.

2004-2012-ci illlərdə Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri olmuş Namiq Abbasov təqaüdlə bağlı narazılığının olmadığını deyib.

“Özbəkistanda səfir kimi fəaliyyət göstərərkən həm səfir olduğuma görə, həm də yaşıma görə təqaüd alırdım. İndi isə keçmiş diplomat kimi yaşıma görə təqaüd alıram. Aldığım təqaüddən narazı deyiləm.

Düzü, heç vaxt da təqüdün qaldırılması məsələsində təşəbbüs göstərməmişəm. Aldığım təqaüd həm ailəmə, həm də mənə bəs edir. Uzun müddətdir ki, şəhərdən uzaqdayam. Bağda oturub əsl kənd həyatı yaşayıram. Təqaüdçü adama daha nə lazımdır?! Elə ömrümün sonuna qədər də bu bağdan heç yana gedən deyiləm”.

2006-2011-ci illərdə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri olmuş Əli Nağıyev təqaüd yaşında olmadığını deyib.

“Gələn il təqaüd yaşım çatacaq. Düzü, heç vaxt nə qədər təqaüd almaq barədə düşünməmişəm”. (modern.az)

İnterpress.az