“Erməni soyqırımı”na qarşı çıxan tək millət vəkili danışdıbackend

“Erməni soyqırımı”na qarşı çıxan tək millət vəkili danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın millət vəkili, Xristian Demokrat Birlik Partiyasının (CDU) üzvü olan Bettina Kudla səsvermə zamanı qərarını izah edib.

Millət vəkili bildirib ki, xarici ölkələrin tarixinin qiymətləndirilməsi Almaniya parlamentinin vəzifəsi deyil.

“Tarixi hadisələrin qiymətləndirilməsi sözügedən ölkələrin, bu vəziyyətdə isə Türkiyənin vəzifəsidir”, – alman millət vəkili bildirib.

Onun sözlərinə görə, Almaniya parlamentinin qərarı Türkiyə ilə əlaqələri zədələyəcək.

Millət vəkili Avropa Birliyi və Türkiyə arasında əldə olunan miqrant razılaşmasının icrasında problemlərin yaranacağını deyib: “Bu razılaşmanın ləğvi böyük humanitar problemlər yaratmaqla yanaşı, Almaniyanı böyük miqdarda xərcə sala bilər”. (femida.az)

İnterpresss.az