Ən cəlbedici pasportu olan ölkə Almaniyadır. Dünya vətəndaşlığı indeksi tərtib edilərkən pasportun daxili dəyəri (iqtisadiyyarın miqyası, insan potensialının inkişafı, ictimai əsayiş və stabillik) ilə yanaş xarici dəyəri də (vizasız qısamüddətli xarici səfərlər, xaricdə vizasız işləmək və yaşamaq imkanı) nəzərə alınır.
Almaniya artıq beş ildir bu reytinqdə ilk yerdə qərarlaşıb. Növbəti yerlərdə Danimarka, Finlyandiya, Norveç və İsveçdir. Siyahının sonunda Əfqanistan və Konqo Demokratik Respublikasıdır. 107-ci yerdə olan Azərbaycan Afrikanın Qvineya, Botsvana, Mali, Liberiya, Nigeriya, Burkina Faso, Fil Dişi Sahili, Sierra-Lione, Cənibi Afrika, Seneqal, Qambiya kimi ölkələrindən geri qalır. (azadlıq.info)
İnterpress.az