“AAAF Park”ın rəhbəri vətəndaşları necə aldadır –VİDEObackend

“AAAF Park”ın rəhbəri vətəndaşları necə aldadır –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araşdırma nəticəsində müsahiblərimiz bildirdi ki, ev almaq üçün şirkətə yaxunlaşaraq şirkətin əməktaşları ilə söhbət aparıb.

Şirkət əməkdaşları müşdərilərə bildirdilər ki, bu şirkət Gənclər və İdman Nazirliyinin nəzdində fəyaliyyət göstərən şirkətdir və tam zəmanəti var. Müsahiblərimizin sözlərinə görə onlara şirkət əməktaşları ilk öncə bildiriblər ki, sizə satılası mənzil 18 aya ərzində təfil veriləcək. Müştəriyə yalan vədlər verən \”AAAF Park” əməktaşları müqavilənin şərtləri kimi sıryaraq müşdərini ilkin ödəniş göndərdikdən sonra müqavilə bağlayır.

“AAAF Park”ın rəhbəri vətəndaşları necə aldadır –VİDEO

AAAF Park Yaşayış Kompleksinin Müştəriləri olmuş bu şəxislər bildirir ki, ilkin ödənişi ödəyib gəldikdən sonra tərəflər arasında bağlanan müqavilədə şirkət əməkdaşları verdiyi vəddən heç bir əlamət olmur. Bütün fırıldaqlıqlara əl aparan AAAF əməkdaşları bu bəs deyilmiş kimi evlərin kvadıratında da müştəriləri aldadır.
Müştərilərin əllərindəki müqavilələrlə tanış olduqdan sonra heç bir məntiqə sığmayan tək tərəfli qaydada tərtib edilmiş müqavilədə müştərilərin yüksək faizlərlə aldadıldığını və eləcədə müştərinin mənzildən imtina etdiyi halda onlardan yüksək məbləğlərin tutulması müqavilədə qeyd olunur. Bütün bunları kölgədə qoyacaq aşkar bir dələduzluq faktı ilə sizləri tanış edirik.

“AAAF Park”ın rəhbəri vətəndaşları necə aldadır –VİDEO

Yuxarıda gördüyünüz çertiyojda təqribi hesablamalar apararaq müştərilərin cəm halda aldadılması nəticəsində şirkətin bir binadan əldə etmiş olduğu fantastiq məbləğlə sizləri tanış edirəm. Belə ki, görmüş olduğunuz çertiyoj şirkətin inşa etdiyi kompleksin 17-ci küçəsində yerləşən 9 mərtəbəli olaraq nəzərdə tutulmuş bina A2-nin çertiyojudur.

Çertiyoja diqqətlə baxsanız görəcəksiniz ki, hər bir mənzilin ümumi sahəsi iki dəfə göstərilib. Bu o deməkdir ki, göstərilən sahələrdən biri mənzilin içərisinin sahəsini, digəri isə mənzilin divarlarının çöl hissəsindən hesablanmış sahəsidir. Müştərilərlə bağlanmış müqavilələrdə mənzilin çöldən hesablanmış sahəsi göstərilmişdir. Çertiyojdan və müqavilələrdən açıq şəkildə göründüyü kimi şirkət bir divarı iki nəfərə satıb. Bu hal fərdi olaraq müştərilərə çox da böyük görsənməsə belə (ADƏTƏN GÖRSƏNDİYİ HALDA İSƏ MÜŞTƏRİNİN HEÇ BİR DƏYİŞİKLİK ETMƏK HÜQUQU OLMUR. ÇÜNKÜ, MÜQAVİLƏLƏRİ ŞİRKƏTİN \”PEŞƏKAR HÜQUQŞUNASLARI” TƏRTİB EDİR), cəm halda müştərilərə dəyən ziyan şirkətə küllü miqdarda qəzənc gətirir.

Beləliklə keçək əsas məsələyə: Bir mərtəbədə 13 mənzil nəzərdə tutulub və 13 mənzilin hər birində müştərilərin aldadılaraq itirmiş olduğu sahənin cəmi 121,10 kv/m-dir. Bu isə 4 otaqlı bir mənzilin sahəsinə bərabərdir. Şirkətin müştərilərə kreditlə satdığı mənzillərin müqavilənin müddətindən asılı olaraq 1 kv/m-i 1100-1250 manat arasında dəyişir. Biz bu rəqəmi daha aşağı götürərək 121,10 kv/m-lik mənzilin hər kv/m-ni 1000 manatdan hesablayaraq, həmin 121,10 kv/m-lik mənzilin qiymətinin 121100.00 manat olduğunu gördük. Binanın 9 mərtəbəli olduğunu nəzərə alaraq həmin məbləği 9-a vurduq və nəticədə 1089900.00 maqnat fantastik məbləğdə müştərilərin aldadıldığının şahidi olduq.

“AAAF Park”ın rəhbəri vətəndaşları necə aldadır –VİDEO

Özlərini aldadılmış hesab edən müsahiblərimiz digər vətəndaşları bu cür tələyə düşməməyə çağırır! (Xeberbiz.az)

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.

İnterpress.az