Murtuza Nağıyev küçəsi 2A ünvanındakı yeni tikilmiş çoxmərtəbəli binanın 9-cu mərtəbəsindəki pilləkən meydançasından özünü ataraq intiuhar edən 1968-ci il təvəllüdlü Ağayeva Səidə Müzəffər qızı əslində həmin binanın sakini olmayıb.
Bildirilir ki, S.Ağayeva Nərimanov rayonunun Təbriz küçəsində yaşayırmış və evini dəyişdirmək istəyirmiş.
O, M.Nağıyev küçəsinə də ev almağı planlaşdırıbmış və bu məqsədlə həmin ünvana gedib. S.Ağayeva təhsil müəssisələrindən birində çalışırmış və 2 ay əvvəl hələlik dəqiqləşməmiş səbəblərdən işdən çıxarılıb. Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. (lent.az)
İnterpress.az