Sarkisyan Merkelə belə təşəkkür etdi – Berlinə teleqrambackend

Sarkisyan Merkelə belə təşəkkür etdi – Berlinə teleqram

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Serj Sarkisyan bu münasibətlə Almaniya dövlət başçısı Yoahim Qauk, kansler Angela Merkel və Bundestaqın nümayəndəsi Norbert Lammertuya təşəkkür teleqramı göndərib.

O, teleqramda bu məsələ ilə bağlı son sözlərini dilə gətirdikləri üçün onlara və Almaniyanın bütün siyasi və ictimai qüvvələrinə dərin minnətdarlığını bildirib.

Sarkisyan qətnamənin soyqırımların tanınması və qarşısının alınmasında xüsusi rol oynayacağını da ifadə edib.

“Bundestaqda erməni soyqırımının tanınması nəinki Ermənistan və erməni xalqı, həm də Almaniya və alman xalqı, bütün sivil xalqlar üçün tarixi addımdır. Bu qərar demokratiyanın, insani dəyərlərin və Almaniyanın bütün bu dəyərləri qorumasının simvoludur. Bu, yüz il öncə insanlığa qarşı törədilmiş cinayətin nəinki unudulduğunun, həm də onun mühakimə olunduğunun bütün dünyaya ismarıcıdır”, – deyə Sarkisyan söyləyib.

Qeyd edək ki, Türkiyənin xəbərdarlığına rəğmən müzakirələrə çıxarılan sənəd \”1915 və 1916-cı illərdə erməni və başqa xristian azlıqlarının soyqırımının xatırlanması və anımı” adlanır. Qətnamə Bundestaqda böyük səs çoxluğu ilə qəbul edilib.

Sənəd layihəsinin müəllifləri hakim koalisiya və müxalif Yaşıllar partiyasıdır.(qafqazinfo)

İnterpress.az