2013-cü oktyabr ayının 29-da Səbail Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən inanclı məhbus Röyal Əsgərov azadlığa buraxılıb.
Məhbusun yaxınları sosial şəbəkədə qarşılanmanı əks etdirən fotolar paylaşıblar.
Qeyd edək ki, Penitensiar Xidmətin 16 saylı CÇM-də keçirilən daxili məhkəmə Bəxtiyar Qurbanovun həbs müddətinin qalan hissəsini məntəqə tipli cəza çəkmə müəssisəsinə çəkməsinə göstəriş verib. İslamçı məhbus bu gün saxlandığı CÇM-dən azadlığa çıxıb.
İnterpress.az