Hadisə Abşeron rayonunda qeydə alınıb.
Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, Xırdalan şəhərinin 28-ci məhəlləsində şəhər sakini Ramazan Dünyamalıyev münaqişə zəminində keçmiş arvadı 1988-ci il təvəllüdlü Şəbnəmə Mürşüdovaya qayçı ilə xəsarət yetirib hadisə yerini tərk edib. Yaralı ailə üzlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Həkimlər onun həyatını xilas edə biliblər. Keçmiş arvadını qayçılayan R.Dünyamalıyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutularaq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.
Ərin öz arvadına xəsarət yetirdiyi daha bir hadisə Nərimanov rayonu ərazisində baş verib. X. R. Ulutürk küçəsi ev 79 ünvanında yaşayan, 1971-ci il təvəllüdlü Şamil Bağırov yaşadığı evdə arvadı, 1981-ci il təvəllüdlü Pərvanə Qurban qızı Əhmədovanı boyun və ayaq nahiyəsindən bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.(anspress)
İnterpress.az