Sosinternin üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadənin sözlərinə görə, keçiriləcək iclasa Ermənistanın “Daşnaksütyun” partiyasının nümayəndələri də qatılacaq.
Məsələ ilə bağlı Qarabağ Azadlıq Təşkilatının(QAT) sədri Akif Nağı Modern.az saytına danışıb.
“Bu məsələyə münasibətimiz mənfidir. Mövqeyimiz ortadadır. Araz Əlizadə kimi ora bura oyanıb, xarici mərkəzlərə xidmət edənlər növbəti dəfə ermənilərə xidmət edirlər. Erməniləri bura gətirmənin nə mənası var?
Araz Əlizadə bir neçə il bundan əvvəl də “Daşnaksütyun” partiyasının üzvlərini Azərbaycana gətirmişdi, onda da bizim təşkilatımız aksiyalar keçirdi, etiraz etdi, qarşıdurma yarandı.”
Akif Nağının sözlərinə görə, Sosintern özü ölmüş bir təşkilatdır.
“O təşkilatın üzvlərini ordan-burdan yalvarıb qəbul edirlər, Arazda gedib düşüb ora. Tədbirin burada keçirilməsinə və ermənilərin də iştirak etməsinə ehtiyac yoxdur.
QAT kəskin şəkildə etirazını bildirəcək. Hakimiyyətdən də tələb edirik ki, Araz Əlizadə kimi dələduzların oyunlarına son qoyulsun və ermənilərin Bakıya gəlməsinə icazə verməsinlər.
Ən kəskin aksiya keçirəcəyik, baş verəcək hadisələrin hamısının məsuliyyəti Araz Əlizadənin və hakimiyyətin üzərinə düşəcək.
İnterpress.az