22 yaşlı oğlan özünü bıçaqladıbackend

22 yaşlı oğlan özünü bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyunun 3-ü axşam saat 18 radələrində rayonun Talalar kənd sakini, 1994-cü il təvəllüdlü Fərid İnqilab oğlu Bayramov qarın boşluğunun kəsilmiş-deşilən və daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı məlum olub ki, əsəb xəstəliyindən əziyyət çəkən 22 yaşlı Fərid Bayramov özü-özünə bıçaqla xəsarət yetirib. Fərid Bayramovun üzərində cərrahiyə əməliyyatı olunub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

İnterpress.az