Polislər Rusiya səfirliyini əhatəyə aldıbackend

Polislər Rusiya səfirliyini əhatəyə aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakıdakı Rusiya səfirliyinin ətrafında çox sayda silahlı polis əməkdaşları müşahidə edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov hüquq-mühafizə orqanları əməkdaşlarının səfirliyin ətrafına toplaşmasının təlimlərlə əlaqədar olduğunu bildirib. Onun sözlərinə görə, bu gün səhər saat 08 radələrində daxili işlər orqanlarının əməkdaşları Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Diplomatik Nümayəndəliyinin ərazisində əvvəlcədən planlaşdırılmış növbəti xüsusi-taktiki təlim məşqi keçiriblər.

\”Ölkəmizdə fəaliyyət göstərən bütün səfirlik və diplomatik nümayəndəliklərin daha etibarlı mühafizəsini təmin etmək və gələcəkdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının operativ şəkildə almaq məqsədilə keçirilən təlim məşqi səfirliyin nümayəndələri də izləyiblər\”.

İnterpress.az