Onun sözlərinə görə, naməlum şəxslər Aktoba şəhərindəki \”Pallada\” silah mağazasına, saat 15.45radələrində digər silah mağazasına və Milli Qvardiyanın hərbi hissəsinə hücum etiblər. Nəticədə \”Pallada\” mağazasının satıcısı öldürüb, bir nəfər yaralanıb.
Milli Qvardiyanın hərbi hissəsinə hücum zamanı bir zabit və müqavilə əsasında xidmət edən hərbçi ölüb, 9 hərbçi yaralanıb. Görülən tədbirlər nəticəsində silahlılardan 3-ü öldürülüb, biri saxlanılıb, bir neçə silahlı isə mühasirəyə alınıb, bəzi silahlılar isə qaçmağa nail olublar.
A. Sadubaev Aktoba şəhərindəki silahlıların qeyri-ənənəvi dini cərəyanın tərəfdarları olduğunun ehtimal edildiyini bildirib.
Qaçan silahlıların saxlanılması istiqamətində əməliyyat keçirilir.(trend)
İnterpress.az