Hadisə rayonun Cəfərxanlı kəndinin ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 33 yaşlı Zahid Ədalət oğlu Əhmədov axşam saatlarında əkin sahəsində qalmış küləş bağlamalarını gətirmək üçün kövşənliyə gedib. Elə hər şey də bundan sonra baş verib. Zahid Əhmədov mobil telefonda ona zəng edənə cavab vermək istərkən həmin an ildırım çaxıb. Ildırım vurması nəticəsində o, dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Zahid Əhmədov ailəli idi. Ondan sonra 3 övladı yadigar qalıb.
Ramin Babayev – mərhumun qohumu: “Yağışın yağmağından ehtiyyat edib, ot bağlamaların evə gətirmək üçün sahəyə gediblər. Bunların sahəyə çatmağı, ildırımın çaxmağı və telefona zəngin gəlməyi nəticəsində bu hadisə baş verib”.(region TV)
İnterpress.azhttps://youtube.com/watch?v=MHsiltRTtdM