Daxili İşlər Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, cari il fevralın 12-də Zaqatala şəhər sakini Rüstəm Hüseynova məxsus fındıq sexindən 7 kisə (300 kq) ləpə oğurlanıb.
Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Əmrullah Məmmədov tutulub.
İnterpress.az