Məhkəmənin ilkin baxış iclası iyunun 10-a təyin ediliib. Prosesə hakim Qədim Babayev sədrlik edəcək.
Qeyd edək ki, S.Yucel cəzasının çəkilməmiş hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun ərizəsini təmin edib. Həmin qərarla razılaşmayan dövlət ittihamçısı isə apellyasiya protesti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, Almaniya vətəndaşı, 23 yaşlı Vüsal Şilder 2013-cü il mayın 2-də Bakıda bıçaqlanaraq qətlə yetirilib. Qətldə şübhəli bilinən Elman İsgəndərov və Seymur Talıbov saxlanılıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. İsgəndərov 15 il, S. Talıbov isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Aparılan araşdırmalar zamanı Vüsal Şilderin qətlə yetirilməzdən öncə maşınına narkotik vasitə atılması da məlum olub və həmin cinayət işinə görə İlham Məmmədov, Qurban Novruzov, Kənan Babayev və Türkiyə vətəndaşı Yaşar Sümer saxlanılıb.
Binəqədi rayon Məhkəməsinin hökmü ilə İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, Yaşar Sümer 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib. Onlar Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) və digər maddələri ilə ittiham olunublar.
İttihama görə, keçmiş polis mayoru İlham Məmmədov, Qurban Novruzov, Yaşar Sümer və Binəqədi Rayon Polis İdarəsi 7-ci polis bölməsinin keçmiş rəis müavini Kənan Babayev qabaqcadan əlbir olaraq 2013-cü il aprel ayının 11-də Vüsal Şilder tərəfindən idarə olunan avtomaşını qəsdən zədələməklə ona xeyli miqdarda ziyan vurublar, vəzifə səlahiyyətlərini aşaraq və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ağır cinayət törədiblər.
Y.Sümer bir müddət əvvəl Bakı İstintaq təcridxanasında azərbaycanlı qadınla nikah bağlayıb.
Onu da qeyd edək ki, V.Şilderin atası Adolf Şilder bir vaxtlar “Mercedes Benz”in Azərbaycan nümayəndəliyinin rəhbəri olub.(virtualaz.org)
İnterpress.az