Əli Kərimli 3000 avroya partiya arayışı satır-FAKTLARbackend

Əli Kərimli 3000 avroya partiya arayışı satır-FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BAXCP funksioneri Niyaməddin Orduxanlı özününün 50 000 izləyicisi olan facebook səhifəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) xarici ölkələrə “siyasi sığınacaq” statusu almaq istəyən insanlara saxta partiya arayışının satılmasına dair sənədlər yayıb.

Niyaməddin Orduxanlının verdiyi ekskluziv açıqlamaya görə, bu arayışı 2500-3000 evroya Əli Kərimli Hollandiyada yaşayan, “Azadlıq” qəzetinin və “Azərbaycan saatı”nın müxbiri Fikrət Hüseynli ilə əlbir olaraq satır. Həmin statusu və şəkilləri olduğu kimi təqdim edirik : “ Əli Kərimli “müxalifət” arayışı satmaqla məşğul olur. Özünə yaxşı biznes qurub. Dəfələrlə bu yönümdə mətbuatda çıxışlarım olub. Bu da faktlar. Yaydığım sənədlərə diqqət edin. AXCP-nin təşkilat şöbəsinin müdiri Saqif Qurbanovun imzası ilə və partiyanın möhürü ilə ( partiyanln möhürü həmişə Əli Kərimli də olub ) 12 may 2014-cü ildə partiyanın Nizami rayon şöbəsinə üzv olmuş Əzizov Vüqar Əlverdi oğlunun qeydiyyatda olduğunu və Vüqar Əziziovun partiyaya üzv olduğu müddətdə fəallığı ilə, partiyanın bütün tədbrlərində iştirak etməsindən bəhs olunur. Arayışı tələb olunan yerə təqdim olunmaq üçün verildiyini və yazılanları nəzərə alınmağı xahiş olunur. 2016-ci ilin fevral ayında yazılan arayışı 3000 evroya satılıb. Əli Kərimlidən soruşun ki, necə ola bilər ki, siyasi partiya üzvü olan şəxsə bu məzmunda arayış verirsən? Sən dövlət müəsəsinin rəhbərisən? Bir il neçə ay bundan qabaq partiyaya üzv olan şəxsə hansı əsasla bu cür arayış verirsən? Necə yəni arayış tələb olunan yerə verilir? Əli Kərimli bu cür adamlara məqsədli şəkildə arayış yazıb verir və əvəzində pul qoparır. Yoxsa Əli Kərimli də bu arayışa partiyanın möhürünü vurmazdı! Bütün bu prosesə Hollandiyada yaşayan Fikrət Hüseynli başcılıq edir. İnsanları aldadırlar və cür saxta arayışlar verməklə həmin şəxsləri Almaniyay apardırlar və orada təkrar Fikrət Hüseynli 2500 evro tələb edir. Bir müddət sonra bu arayışların heç bir nəticəsi olmur və Almaniya dövləti bu cür aldadılmış şəxsləri Bakıya depor edir. Nəticə də Əli Kərimli ilə Fikrət Hüseynli pul qazanır…”(7News )

Əli Kərimli 3000 avroya partiya arayışı satır-FAKTLAR

Əli Kərimli 3000 avroya partiya arayışı satır-FAKTLAR

Əli Kərimli 3000 avroya partiya arayışı satır-FAKTLAR

İnterpress.az