AzNews.az xəbər verir ki, işdən çıxarıldığı deyilən redaktor Mais Ağayev “Qafqazinfo”ya bildirib ki, İTV-də ixtisarların aparılması xəbəri həqiqəti əks etdirmir:
“Konkret mənim və tanınmış telejurnalist Esmira Qasımovanın işdən çıxarılması doğru deyil. Biz işdəyik və hər gün gündəlik işimizə gedib gəlirik. Bu məlumatı kim, niyə yayıb bilmirəm. Amma İTV rəhbərliyi hər zaman peşəkarlarla işləməyə üstünlük verib və bu mənada bizim işdən çıxarılmağımız müzakirə mövzusu belə olmayıb”.
***
İnterpress.az-ın Turan Agentliyinə istinadən məlumatına görə, bu barədə sosial şəbəkələrdə İTV-də kadr siyasəti ilə razılaşmayan jurnalistlərin adından yayılmış məlumatda deyilir.
Məlumat müəllifləri iddia edirlər ki, işçilərin azad edilməsi haqqında qərarlar İT baş direktoru Cəmil Quliyevin ölkədə olmadığı bir vaxtda qəbul edilib.
Həmçinin bəzi şəxslərin işdən azad edilməsinin qanunsuz olduğu qeyd edilir, belə ki, departament rəhbərlərini baş direktor deyil, yalnız İTV Yayım Şurası işdən azad edə bilər.
Bu həftə daha 7-8 əməkdaşın işdən azad edilməsinin nəzərdə tutulduğu bildirilir.
İTV-dən şərh almaq mümkün olmayıb.
İnterpress.az