“Axmaq” adlandırılan Fatima Boş Fernandes “Kainat Gözəli” SEÇİLDİ – FOTO/VİDEObackend

“Axmaq” adlandırılan Fatima Boş Fernandes “Kainat Gözəli” SEÇİLDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikalı Fatima Boş Fernandes “Miss Universe 2025”in qalibi olub.

İnterpress.az xəbər verir ki, bu barədə “yerli beynəlxalq KİV-lər” məlumat yayıb.

“Miss Universe 2025” yarışmasının qalibi Meksika təmsilçisi Fatima Boş Fernandes seçilib.

Qalibin adı elan olunandan sonra sosial şəbəkələrdə qalmaqal yaradan kadrlar yenidən müzakirəyə çıxıb — yarışmanın təşkilatçılarından biri canlı efirdə Fatimanı “axmaq” adlandırmışdı. Buna səbəb onun sponsor fotosessiyalarından birini buraxması olub.

Hadisə qalmaqala çevrilsə də, bu, Fatimanın yarışmada ən yüksək nəticə göstərməsinə mane olmayıb.

İkinci yeri Tailand təmsilçisi Vina Pavina Sinqh tutub. Rusiya iştirakçısı Anastasya Venza isə finalın TOP-30 siyahısına düşə bilib.

Tamaşaçıların xüsusi diqqətini Norveç gözəli Leonora Lisqlimt-Redland çəkib — o, səhnəyə losos balığı kostyumunda çıxaraq sosial mediada viral olub.

Xuraman Etibarlı

İnterpress.az