Sarkisyan Azərbaycan musiqisi səslənən toydabackend

Sarkisyan Azərbaycan musiqisi səslənən toyda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar günü, iyunun 5-də Moskvada səs-küylü toy məclisi olub. Erməni oliqarx, \”Taşir\” şirkətlər qrupunun sahibi Samvel Karapetyan 23 yaşlı oğlu Sarkis Karapetyana Salomeya adlı gürcü qızını alıb.

Dəbdəbəli toyda bir çox məşhur sima, şou-biznes ulduzları, o cümlədən Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edib.

Toy azərbaycanlı milyarder AST Telman – Telman İsmayılova məxsus \”Safisa\” şadlıq sarayında olub.

Toy mərasimini Andrey Malaxov və Vera Brejneva aparıblar. Musiqi tərtibatı isə Alla Puqaçova və Qriqori Lepsə tapşırılıb. Məşhur \”Maroon 5\” qrupunun solisti Adam Livaynın çıxışı isə toyda iştirak edənlər üçün sürprizə çevrilib.

Maraqlısı odur ki, daim Azərbaycan mədəniyyəti incilərini mənimsəməyə cəhd edən ermənilər bu dəfə də öz xislətlərindən əl çəkməyiblər. Belə ki, erməni toyunda Azərbaycan musiqisi də səslənib. Üzeyir Hacıbəyovun \”O olmasın, bu olsun\” operettasının musiqisi erməni rəqsi kimi qələmə verilib. Bəy və gəlin məhz bu musiqinin sədaları altında rəqs ediblər. Onların bu rəqsi isə \”milli rəqs\” kimi qələmə verilib.

Cütlük toya gəlmiş 500-dən artıq qonaq qarşısında bu musiqinin sədaları altında rəqs edib.

Samvel Karapetyan turizm, inşaat, daşınmaz əmlak sektorunda 5 milyard dollarlıq sərvəti ilə Rusiyanın dünyaca zəngin iş adamlarından biridir. Futbol üzrə Ermənistan millisinə qazandığı hər matçdan sonra 200 min dollar mükafat verməsi ilə tanınan iş adamı ölkəsinin siyasi həyatına təsir edə bilir.

Erməni əsilli milyarderin yaxtası Türkiyəyə gətirilib (ans)

İnterpess.az