İsveç, Norveç və İslandiyanın bəzi şəhərlərində müsəlmanlar Ramazan ayında təxminən 22 saat oruc tutacaqlar.
İsveç Sosial İşlər və Din Xidmətləri müşaviri Fatih Mehmet Karaca açıqlama verərək, İsveçin Kiruna, Norveçin Tromso və İslandiyanın paytaxtı Reykyavikdə orucun müddətinin təxminən 22 saatı olacağı, Stokholm, Oslo, Kopenhagen və Helsinkidə isə oruc müddətinin 20 saat olacağını deyib. İslandiyanın şimalında Reykyavik şəhərində yaşayan müsəlmanlar Ramazan ayının ilk günündə 21 saat 38 dəqiqə olmaqla dünyanın ən uzun orucunu tutacaqlar. Müsəlmanların ən qısa müddət oruc tutacağı yer isə 9 saat 7 dəqiqə ilə Argentinanın Uşuaia şəhəri olacaqdır. (deyerler.org)
İnterpress.az