İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə yerinə yanğınsöndürən maşınlar və xilasedicilər cəlb edilib.
Hadisə avtobus dayanacağı yaxınlığında baş verib. Partlayışdan sonra ərazidə atışma səsləri eşidildiyi bildirilir.
Telekanalın verdiyi xəbərə görə, partlayış nəticəsində xəsarət alanlar var. Polis ikinci partlayış təhlükəsini ehtimal edir.
Hadisə nəticəsində 7 polis məmuru və 4 vətəndaş həlak olub, 36 nəfər yaralanıb.
İnterpress.az