Azərbaycanda şəhid məzarları fərqləndiriləcəkbackend

Azərbaycanda şəhid məzarları fərqləndiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininn sədri Mübariz Qurbanlı söyləyib. Komitə sədri bildirib ki,Nazirlər Kabinetinin “Məzarlıqlar haqqında” xüsusi qərarı olacaq: “Bununla əlaqədar işçi qrupun bir necə dəfə toplantısı keçirilib. Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə işçi qrupun bu məsələ ilə bağlı keçirdiyi toplantılar və müzakirələr nəticəsində qanun layihəsi üzərində iş yekunlaşıb”.

Mübariz Qurbanlı şəhid məzarları ilə bağlı məsələnin bu qərar layihəsində deyil, başqa qanunda öz əksini tapacağını vurğulayıb:
“Hazırda şəhidlərin statusunu özündə ehtiva edən qanunlarda şəhid məzarlarının fərqləndirilməsi konkret şəkildə əks olunub. Bu qanun da tətbiq olunur”.

İnterpress.az