Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilir.
Açıqlamada deyilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir: “Bu partlayış nəticəsində yaralanan və ya həlak olanlar sırasında Azərbaycan Respublikası vətəndaşının olması ölkəmizin İstanbuldakı Baş Konsulluğu tərəfindən Türkiyənin rəsmi dövlət qurumları vasitəsilə araşdırılır”.
İnterpress.az