Fikrət Hüseynli Avropadakı bank hesabları ilə bağlı səs yazısını təqdim etmişdi. Avropada yaşayan soydaşımız Fuad Ağayev bu dəfə Əli Kərimlinin daha bir adamı, Türkel adlı şəxsin səs yazısını redaksiyamıza təqdim edib və bildirib ki, o, Əli Kərimlinin Avropada saxta işlərini həyata keçirməsilə tanınır:
“Türkel Əli Kərimlinin pul “sayğacı”, Fikrət Hüseynlinin əlaltısı, müştəri tapanıdır. Bu insan Avropaya qanunsuz adam daşımaqla məşğuldur. Hazırda Almaniyada yaşayır. Əli Kərimlinin “Yurd” birliyinin üzvüdür. Bu səs yazısı da ona məxsusdur”. Təqdim edilən səs yazısında Türkel adlı şəxs miqrant alverini necə həyata keçirdiklərini danışır. O, konkret Avropaya miqrant kimi getməyin qiymətləri, xərclərini açıq şəkildə bildirir. İlkin olaraq söhbət Dublinə getməyin xərcləri, hazırlanan qanunsuz sənədlər, vəkillərin xidmət haqqı ətrafında aparılır. Türkel adlı şəxsin danışıqlarından hal-hazırda işlərində müəyyən qədər çətinliklərin olduğunu və hanısa sərhədin bağlanmasından söhbət gedir. Danışıqlarda hətta diplomatik korpus nümayəndələrinin də həmin sərhədi keçməkdə çətinlik çəkdikləri qeyd olunur\”.
İnterpress.az