İnterpress.az-ın Cənub bölgəsinin əməkdaşının verdiyi xəbərə görə, sakinlərə xəbərdarlıq edilmədən işıqları kəsilib.
Etiraz edənləri isə təhqir edib.
Yezidi inancına xidmət edən \”Aydın Qağa\” ləqəbi ilə məşhurlaşan Cəlilabad Azərişıq ASC-nin rəisi Aydın Məmmədov bir az əvvəl məscidlərin işığını kəsməklə gündəmə gəlmişdi.
O, buna etiraz edənlərə açıq şəkildə bildirib ki, azan səsinə və məscidlərə nifrət edir.
İslam dinin ən müqəddəs ayı olan Ramazanda, orucluğun ilk günündə Cəlilabad sakinlərinə xəbərdarlıq edilmədən işıqlarının kəsilməsi də məhz onun islam dininə o və müsəlmanlara olan nifrətindən irəli gəlir.
Bölgədən aldığımız digər xəbərdə isə deyilir ki, Aydın Məmmədov rayondakı vəhhabilərin maliyyə işlərinə də başçılıq edənlərdən biridir.
Qeyd edək ki, bir ay əvvəl Cəlilabad sakinləri Aydın Məmmədovun təhiqrlərindən, özbaşınalığından bezərək ölkə başçısı İlham Əliyevə məktub ünvanlamışıdlar. Orucluğun ilk günündə işıqları kəsməklə Aydın Qağa bir daha sübut etməyə çalışır ki, o, heç kəslə hesablaşmır və \”Burda mənəm, Bağdadda kor xəlifə\” psixologiyasına elə köklənib ki, heç sakinlərin prezidentə göndərdiyi şikayət məktubunu da vecinə almır.
Məktubu olduğu kimi təqdim edirik:
\”Cənab prezident, siz ailəlikcə hacısınız, rəhmətlik atanız da hacı idi. Sizin, bu mövzuda daha diqqətli olacağınıza güman edirik.
Əgər bir müsəlman ölkəsində məscidlərin işıqlarını kəsirlərsə, aylıq 2-3 manata görə məscidlərə elektrik sayğacları quraşdırılırsa həmin ölkədə Allah sevgisindən danışmağa dəyərmi?
Cəlilabad ASC-ya təyin olunmuş rəis Aydın Məmmədovun əslən ən dindar rayonlardan biri- Lerik rayonundan olsa da, özünü Şümürdən də (Şümür imam Hüseynin başını kəsən ən qəddar insan) qəddar, ən qatı islam düşməni kimi aparır.
Nədənsə bu zalım oğlu Aydın Məmmədovun \”Allahu Əkbər” sözünə, azan səsinə qarşı alergiyası var. Gözünə harada məscid dəyirsə düşüb hamısının işıqlarını kəsir.
Görəsən bütün Qafqazın şeyxi eşitsə bu işə necə baxar?
Biz, Vatikana məktub yazıb Roma Papasına belə bir sual verəcəyik.
Ey xristian aləminin müqəddəs Papası, sizdə də kilsələrin işıqlarını kəsib Cəillabadda olduğu kimi, Allahın evini qaranlıqda qoyurlar?
P.S. Allahın evini qaranlıqda qoyanın evini Allah qaranlıqda qoysun.
Qoy Allahı sevməyən, Allahın evinə hörmət etməyən adamın cəzasını Allah özü versin.
Çünki ən ədalətli hakim Allahdır\”.
P.S
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.
İnterpress.az