Atmosfer havasında  elə güclü dəyişiklik olmayıb- Nazirlikbackend

Atmosfer havasında elə güclü dəyişiklik olmayıb- Nazirlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova İnterpress.az-a bildirib ki, havanın keyfiyyəti üzərində nəzarəti gündəlik davam etdirilir. Son 10 gün ərzində atmosfer havasında elə güclü dəyişiklik olmayıb. Qaz qarışıqları norma daxilində, bəzi hallarda küləyin sürəti 15 metri örtdüyü vaxt tozun miqdarı sanitar normadan bir qədər yuxarı olub. Digər qaz qarışıqlarının tərkibi norma daxilində olub. Azot 4 oksitin normdan çox olması şəhərdə nəqliyyatın sayının sıxlığı ilə bağlıdır. Bu azot 4 oksid əsasən nəqliyyatdan atılan tullantının göstəricisi kimi həmişə Bakı şəhərinin bütün məntəqələrində norma həddində və normadan yuxarı qeydə alınır. Bu da ki, atmosfer havasının keyfiyyət göstəricisinin tərkib hissəsidir. Sadəcə tez bir zamanda səpələndiyi və yaxud da toparlanıb qalmaq xüsusiyəti olmadığına görə zərərsizdir.

Xatırladaq ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyi stasionar müşahidə məntəqələri vasitəsilə atmosfer havasında gündə üç dəfə analiniz aparrır.

Gülşanə Mustafayeva
İnterpress.az