İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Mardinin Midyat qəsəbəsində polis idarəsi yaxınlığında bomba ilə yüklənmiş avtomobili terrorçular partladıb.
Partlayışdan sonra polislərlə terrorçular arasında atışma baş verib. Türkiyə mətbuatı onlarla terrorçunun öldürüldüyünü bildirir.
Terror baş verən əraziyə təcili yardım maşınları gəlib.
Türkiyənin baş naziri Binali Yıldırımın verdiyi açıklamada 3 nəfərin öldüyü, 30 nəfərin isə yaralandığı bildirilir.
Partlayış o qədər güclü olub ki, ətrafdakı binalara da ciddi ziyan dəyib.
İnterpress.azhttps://youtube.com/watch?v=g1OkilDL-es