Doğum günündə məhkəməsi keçirilən nazirbackend

Doğum günündə məhkəməsi keçirilən nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə sabiq nazirin vəkili Vüqar Xasayev məlumat verib. Vəkilin sözlərinə görə, müdafiə tərəfinin qaldırdığı vəsatətlər təmin olunmayıb.

Məhkəmə baxışı iyunun 13 nə təyin olunub.

Məhkəmə prosesinə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Qasım Əliyev sədrlik edib.

Qeyd edək ki, V.Ələsgərov bir müddət əvvəl Naxçıvanda həbs edilib. Daha sonra barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bir neçə gün əvvəl isə yenidən məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Sabiq nazir vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda, qulluq mövqeyindən sui-istifadə etməkdə, telefon danışıqlarını qanunsuz dinləmədə və digər cinayətlərdə ittiham olunur.

V.Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.
Qeyd edək ki, sabiq nazir Vəli əsgərovun bu gün dooğum günüdür. (virtualaz)

İnterpress.az