Məhkəmənin təxirə salınmasına səbəb işin apellyasiya məhkəməsində olmasıdır. İsmayılovun nümayəndəsi daha əvvəl məhkəmədən müflisliklə bağlı işi \”KBF AST\”nin müşahidə proseduru maliyyələşdirmək üçün yetərincə vəsaitinin olmamasına görə bağlamağı xahiş edib.
Lakin iddiaçı bankın nümayəndəsi bəyan edib ki, borclu tərəfin müflisləşmə prosesini maliyyələşdirmək üçün kifayət qədər imkanı var.
Bir müddət əvvəl Moskva vilayətinin arbitraj məhkəməsi \”AST\” şirkətlər qrupunun yaradıcısı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun müflis elan edilməsi qərarını ləğv etmiş Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Moskva vilayətinin arbitraj məhkəməsi ötən ilin dekabr ayında vətəndaş Boris Zubkovun ərizəsi əsasında İsmayılovu müflis elan etmiş və onun əmlakının satışı proseduruna başlamışdı.
Lakin 2016-cı ilin mart ayında Doqquzuncu Arbitraj Apellyasiya Məhkəməsi həmin qərarı ləğv etmişdi. Məhkəmə Zubkovun İsmayılova 15 milyon rubl pul verməsi iddiasını sübuta yetirilməmiş hesab etmiş və müvafiq olaraq müflis elan olunma tələbinə gətirib çıxaran borclanma hadisəsinin baş vermədiyi qərarına gəlmişdi.
Telman İsmayılovun tikdirdiyi \”Mardan Palace\” oteli
25 fevral tarixinə qədər İsmayılov barəsində 10 kreditordan tələb daxil olub. Bunlardan doqquzu hüquqi, biri isə fiziki şəxsdir. VTB qrupuna daxil olan «Moskva Bankı» Telman İsmayılova 286,4 milyon dollar və 3,4 milyard rubl tələb irəli sürüb.
Bundan əlavə, bir sıra Kipr şirkəti 120 milyard rublluq iddia ilə çıxış edib. \”Atlant-finans\” Qapalı İnvestisiya Pensiya Fondunun idarəedicisi olan «İK Kapital» MMC 5,6 milyard və 6,8 milyon rubl tələb irəli sürüb.
Nəhayət, vətəndaş Maşitski 2 milyard rubl tələb edir.
\”AST\” şirkətlər qrupunun rəhbəri, eyni zamanda adı Rusiyanın ən zəngin biznesmenlərinin siyahısına daxil olan sahibkar İsmayılov ilk dəfə 2009-cu ildə kiçik topdansatış ticarət mərkəzinin paytaxtı olan Çerkizovski bazarındakı fəaliyyətinə görə, hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı iddialarla rastlaşıb.
Bu hadisədən sonra bazar çoxsaylı pozuntular aşkar olunduğuna görə bağlanıb.
İsmayılov Telman Mərdan oğlu 1956-cı ildə Bakıda anadan olub.
Həyatının çox hissəsini Rusiyada keçirən Telman hal-hazırda da Rusiyada yaşayır və \”AST\” Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderidir.
O, Türkiyənin Antalya şəhərində beşulduzlu \”Mardan Palace\” adlı otel inşa etdirib, İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirib. (ans)
İnterpress.az