“Sizə müraciət etməkdə məqsədim kəndimizdəki, həmçinin qonşu kəndlərdəki ən əsas problemi nəzərinizə çatdırmaqla bağlıdır. Azərbaycan dunyada neft-qaz ölkəsi kimi tanınır. Amma təəssüflə qeyd edirəm ki, neft-qaz ölkəsi olan olkəmizin bir çox rayonlarında hələki əhalinin mavi qazla təmin olunması problemə çevrilmişdir.
Yaşadığım Lerik rayonu Veri ərazi nümayəndəliyinə daxil olan Veri, Babakücə, Küsəkaran, Əliabad, Qələbin kəndləri hələ də mavi qazla təmin olunmayıblar. Halbuki qonşu Cayrud, Rvarud, Anzolu, Rəzgov kəndləri qazla təmin olunub. Mavi qaz xətti kəndimizdən 3 kilometrlik məsafədən keçir. Əsrarəngiz gözəlliyi ilə insanı valeh edən Veri inzibatı ərazisinin bir tərəfi meşələrnən əhatə olunub. Mavi qazın olmaması kənd camaatını məcbur edir ki, istilik problemini həl etmək üçün meşələrdən odun gətirsinlər. Nəticədə təbiətə böyük ziyan vurulur, minlərlə nadir növlü ağaclar qırılır. Təbii ki, kəndimizdə mavi qaz olarsa, meşələrin qırılıb tükənməsinə ehtiyac qalmayacaq və təbiətə vurulan ziyanı qismən aradan qaldırılacaq. Sizdən xahiş edirəm ki Milli Məclisin üzvü olaraq bu məsələni aidiyyatı qurumlar qarşısında qaldırasınız. Siz bu problemi həll etməklə 3800 nəfər əhalisi olan kəndimizlə yanaşı adlarını sadaladığım digər kəndləri böyük bir çətinlikdən xilas etmiş olacaqsınız. İnanıram ki, bu məsələdə köməkliyinizi əsirgəməyəcəksiniz”.
İnterpress.az