Zorlanan şamaxılı qız prezidentə müraciət etdibackend

Zorlanan şamaxılı qız prezidentə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müraciətdə işin araşdırılmasından narazılıq edən Türkanə Babayeva baş verənləri detallı şəkildə açıqlayıb.

O, Azərbaycanın rəsmi dövlət qurumlarından və prezidentdən məsələnin obyektiv araşdırılmasına dəstək olmalarını istəyib.

“Məktəbin direktor müavini və tarix fənnindən müəllimim Elnur İbrahimov sinifdə tək olanda mənə yaxınlaşıb deyilməsi mümkün olmayan ifadələr işlədirdi. Mənimlə intim əlaqə yaratmağa çalışırdı. O, mənə dedi ki, qorxma, sənin qiymətlərini də yazacam, böyüyəndən sonra səni saxlayacam da. Sonra mənə qarşı intim hərəkətlər eləyirdi. Mən uşaq olduğuma görə bunların nə demək olduğunu anlamırdım. Əllərini bədənimdə gəzdirirdi. Əllərini mənim qadınlığa aid orqanlarıma toxunduranda onu itələdim. O isə məni döydü. Sonra lüt şəkillərimi çəkdi. Məni çəkdiyi şəkilləri valideynlərimə göstərəcəyi ilə hədələdi. Mən qorxumdan susurdum. Bir dəfə anama dedim ki, Elnur dərs zamanı üzümə baxıb gülür, mənə qarşı özünü müəllim kimi aparmır. Anam direktor Bəşir müəllimə bildirdi dediklərimi. On gün məktəbə getmədim. Sonra direktorun təkidi ilə məktəbə gəldim. Dərs arası necəsə Elnur müəllim çantama ağ rəngli mobil telefon qoymuşdu. İstəyirdi bu telefonla mənimlə əlaqə saxlasın. Telefonu sındırıb evimizin yaxınlığından axan çaya tulladım. Məndən telefona zəng çatmadığını soruşanda dedim ki, “səndən telefon istəməmişəm”…

Bu məktubda yeniyetmə qız və müəllimin intim yaşantıları o qədər detallı anladılır ki, yazmağı məqsədə uyğun saymadıq.

Ən sonda isə baş prokurora müraciət edilir. Rica bəlkə də tələb olunur ki, Elnur müəllimin həbs olunmasına göstəriş verilsin.

Yazılanların detallarına gəlincə yaranan təəssüratları deyək siz də bilin.

Oxuduqca adam məktubda göstərilən ünvanlarda utanır. Bir də düşünür ki, əcəba bu on beş yaşlı birinin qələmindən çıxan sözlər, məktubdurmu gerçəkdən?

Əcəba bu yaşantıları bu qədər detallı anlatmağa psixoloji hazırlıqlı adamın gerçəkdənmi on beş yaşı var?

Düşünürsən və dəhşətə gəlməyə bilmirsən, görəsən bu qədər aydın gedən oyunda ana, ata, direktor, həkim niyə susub?

O qız rayona ginekoloq yanına müainəyə gedəndə həkimin, xəstəxana rəhbərliyinin ağlına niyə gəlməyib ki, polisə müraciət eləmək mütləqdir?

Təbii ki, suallar çoxdur, amma ən dəhşətlisi odur ki, bu məktub bir məktəblinin yaşantısından daha böyükdür. Bir qadının yaşaya biləcəklərindən daha qorxuludur. O üzdən bunu təkcə məktəb-müəllim-şagird məsələsi çərçivəsinə sığdırmağa çalışmayaq. Bu o həddi aşan olaydır. Bu həm də psixoloji stabil olmayan adamların məktəbə müəllim kimi yol tapmasının acınacaqlı nəticəsidir. Normal olmayan ailələrdə böyüyən uşaqların faciəsidir. Yaxşı müəllim və şagirdlərin adına ləkədir. Həm də minlərlə övladını məktəbdən yayındıran valideynin əlində bəhanədir. Bu bütövlükdə bir cəmiyyətin xəstəliyinə, faciəsinə çevrilən hadisədir.

Məktubu xeyli ixtisarla verdik, amm buna dəqiq əminik ki, bu yaşantılarlı yaşamış biri on beş yaşlı olsa belə sadə, yeniyetmə uşaq, məktəbli deyil. Bu bəlkə də öz həyatını müəyyənləşdirməyə macal tapa bilməyən gənc bir xanımın utac gətirəcək, ağrılı, bir qədər də ayıb olan yaşantıları, faciəsidir. (bizimyol.info)

İnterpress.az