Valideynlərin verdiyi məlumata görə, Nəsimi rayonu ərazisində yerləşən Elitar Gimnaziyada 10 A3 sinfində oxuyan Qurban adlı şagirdin idman dərsində halı pisləşib və bayılıb.
Onu müəllim və şagirdlər özünə gətirə bilməyib. Yaxınlaqda yerləşən özəl kilikalardan birindən təcili yardım çağırılıb. Şagir kilinikaya aparılıb tibbi yardım göstərildikdən sonra özünə gəlib.
Valideynlər deyir ki, son zamanlar ali məktəbə hazırlaşan uşaqlara qarşı hərbi və idman müəllimləri aqressivdir. Onlardan isti havada, özü də qapalı yerdə normativ tələb edirlər. Onsuz da yüklənmiş şagirdlər bu təzyiqə dözə bilmir. Baş verən hadisə də məhz belə yuklənmənin nəticəsidir. Rəhman adlı idman müəlimi normativ üçün Qurban adlı şagirdi qaçırdıb, o isə dözməyib.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini gec olduğundan öyrənmək mümkün olmadı. (criminal.az)
İnerpress.az