Rusiya prezidenti Vladimir Putinin Belarusa rəsmi səfəri zamanı kuryoz hadisə yaşanıb.
Məlumata görə, Putin belaruslu həmkarı Aleksandr Lukaşenkoya az yatmasından şikayətlənib.
Görüş zamanı mikrofonlar söndürülmədiyindən Putinin Lukaşenkoya dedikləri hamı tərəfindən eşidilib. \”Srağagün 4 saat yatmışam, dünən – 5. Saat 3-də yuxuya getmişəm, 8-də oyanmışam\”, – deyə Putin bildirib. Lukaşenko isə Putinə cavabında \”bunun pis olduğunu\” bildirib.
Rusiya prezidenti Vladimir Putinin Belarusa səfəri zamanı Lukaşenko ilə görüşündə Rusiya-Belarus əlaqələri barədə müzakirələr aparıb.
Mayın 13-də Rusiya Müdafiə Nazirliyinin idarə rəisi, general Aleksandr Şevçenko prezident Vladimir Putini güldürüb.
General Putin üçün maşının qapısını açmaq istəyərkən kuryoz hadisə yaşanıb.
Hadisə Soçidə Rusiya Silahlı Qüvvələrinin yeni hərbi texnikasının nümayişi zamanı baş verib.
Putin “UAZ Patriot” avtomobilinin salonuna baxış keçirmək istədikdə Şevçenko prezident üçün maşının qapısını açmaq istəyib.
İlk cəhddən qapını aça bilməyən general dartaraq qapının dəstəyini qırıb.
Generalın hərəkəti ətrafdakıların gülüşünə səbəb olub. Putin generala “molodes” deyərək gülüb. (ans)
İnterpress.azhttps://youtube.com/watch?v=SPxuaRcT2Uk