Bakıda müəllim həmkarına qarşı dələduzluq edibbackend

Bakıda müəllim həmkarına qarşı dələduzluq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, Bakı şəhər sakini Aytəkin Quluzadə polisə ərizə ilə müraciət edərək Rəsmiyyə adlı qadının onu aldadaraq 4500 manat və 500 ABŞ dolları pulunu aldığını bildirib. Daxil olan şikayət əsasında Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, aldadılan A. Quluzadə Bakıda fəaliyyət göstərən orta məktəblərdən birinin müəllimidir.
A. Quluzadə dələduzluğa məruz qalması faktını təsdiqləyib. O qeyd edib ki, dələduzluq edən qadın da müəllimdir: “O, Bakıdakı orta məktəblərdən birində müəllim işləyir. Polisə şikayət etməyimə baxmayaraq, pulu qaytarmır”. (apa.az)

İnterpress.az