Xəstəxanada gənc oğlanı öldürüb, pula görə meyitini vermirlərbackend

Xəstəxanada gənc oğlanı öldürüb, pula görə meyitini vermirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı rayonu Tircan kənd sakini 26 yaşlı Mirzəyev Mirzə Mərdan oğlu böyrək çatışmazlığından dünyasını dəyişib. Bu haqda məlumatı saytımıza mərhumun əmisi, şair, \”Maraqlı Məqam\” qəzetinin redaktoru Kamran Mirzə bildirib.

O qardaşı oğlu olan M. Mirzəyevin hələ 2 yaşında ikən böyrək çatışmazlığından əziyyət çəkdiyini bildirib. Elə bu yaşda ikən xəstənin bir böyrəyi sıradan çıxdığı üçün kəsilərək götürülüb. 19 yaşına qədər tək böyrəklə yaşayan Mirzənin artıq ikinci böyrəyində də problemlər yaranmağa başlayır. 3 il yarım bundan əvvəl isə xəstənin ikinci böyrəyi də tamamilə sıradan çıxıb. Bundan sonra Mirzə əməliyyat olunaraq ona anasının böyrəyi köçürülüb.

Bu yaxınlarda yenidən böyrəyində problem yaşanan xəstə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. M. Mirzəyev bu gün səhər saatlarında dünyasını dəyişib. Kamran Mirzə qardaşı oğluna anasının böyrəyini köçürmək üçün valideynlərinin 60 minə yaxın pul xərclədiklərini bildirib. Əmisi hazırda qardaşı oğlunun meyitini almaq istədiklərini, amma həkimlərin ödəniş edilməsi lazım olduğunu söylədiklərini bildirib. Onun sözlərinə görə mərhumun valideynləri baş həkim Leyla Seyidbəyova ilə də görüşüb ona əməliyyatın düzgün aparılmadığını deyiblər.

Buna baxmayaraq həkimlər də məsuliyyəti öz üzərlərindən atır və bütün problemlərin Mirzədə olduğunu sübuta yetirməyə çalışırlar. (avropainfo)

İnterpress.az