Rusiyadan prezidentlərin görüşü öncəsi daha bir təklifbackend

Rusiyadan prezidentlərin görüşü öncəsi daha bir təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya mətbuatının yazdığına görə, tərəflərin görüşü iyun ayının sonunda Sankt-Peterburqda baş tuta bilər. Kremlə yaxınlığı ilə tanınan rus politoloq Sergey Markov bu fikri təsdiqləyib. Markovun dediyinə görə, bundan əvvəlki görüş qarbdə baş verdiyinə görə, Moskva bu dəfəki görüşün Rusiyada baş verməsini çox istəyir.

Çünki bu, həm də Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Moskvanın daha önəmli rol oynamasını göstərir.

Amma Markovun fikrincə, görüş iyunun ortalarında, yəni 16-18 iyunda Sankt-Peterburqda beynəlxalq iqtisadi forum çərçivəsində mümkündür. Rusiya prezidenti Vladimir Putinin iştirak edəcəyi bu foruma Azərbaycan və Ermənistan prezidentləri də dəvət edilib. (ans)

İnterpress.az