Uşağın gözləri önündə anası bıçaqlandıbackend

Uşağın gözləri önündə anası bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtda ər arvadını bıçaqlayıb. Acınacaqlı məqamlardan biri isə hadisənin azyaşlı uşağın gözləri qarşısında törədilməsidir. ANS TV-nin məlumatına görə, qeyri-rəsmi nigah münasibətlərində olan qadını bıçaqlayan 52 yaşlı Bəxtiyar Məmmədov əməlinə haqq da qazandırmağa çalışıb.

Suraxanı polisi tərəfindən qolu qandallanan Bəxtiyar, bir neçə gün öncə övladı ilə ata yurdu – Astara rayonuna getdiyini deyir. Hadisə günü evə qayıdan zaman həyat yoldaşı 43 yaşlı Aytəkin Qüdrətovanın onu qarşılamasından xoşlanmayıb.

Məmmədovun dediklərinə görə, həyat yoldaşı ilə hər zaman normal münasibəti olub. Hətta Bəxtiyar məhbus olduğu vaxtlarda qadın onu tək buraxmayıb. Uzun illər bir yastığa baş qoyduğu qadını xəstəxanalıq edən Bəxtiyar əməlindən peşman olmadığını deyib.

Övladını rayona göndərən Bəxtiyar daha sonra evinə qayıdıb. Yaralı qadın tibb ocağında müalicəyə göndərilib. Bəxtiyar Məmmədovu isə ona yad olmayan həbsxana divarları gözləyir.

İnterpress.az