Eks-spiker bildirib ki, onun uzunmüddətli yazışmaları və müraciətlərindən sonra İnterpol rəhbərliyi düzgün qərar qəbul edib.
Rəsul Quliyev Azərbaycana geri dönmək ehtimalından da danışıb.
“Mən Azərbaycana gəlməyi heç zaman gündəlikdən çıxarmamışam”,-deyə o, bildirib. Parlamentin sabiq sədri bundan artıq nəsə danışmağın artıq olduğunu vurğulayıb.
Rəsul Quliyev 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verib. O, həmin ildən bu günə kimi ABŞ-da siyasi mühacir həyatı yaşayır. (modern.az)
İnterpress.az