Çinli alimlər dünyanın ilk 20 QVt gücündə mikrodalğalı silahını yaradıblar.
İnterpress.az xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.
Çində “TPG1000Cs” adlı yığcam mikrodalğalı qurğu hazırlanıb.
Bu sistem 60 saniyəyə qədər kəsintisiz işləmək qabiliyyətinə malikdir və 20 Qiqavat (QVt) gücündə impulslar yayır.
Uzunluğu təxminən 4 metr, çəkisi isə 5 ton olan bu sistemin yük maşınlarında, gəmilərdə, təyyarələrdə və hətta kosmosda yerləşdirilməsi mümkündür.
Mütəxəssislər hesab edirlər ki, yeni silah “Starlink” kimi alçaq orbitli peyklərin fəaliyyətini tamamilə dayandırmaq və ya onlara ciddi zərər vurmaq gücünə malikdir.

Xuraman Etibarlı
İnterpress.az






