ABŞ-də gənclər uşaq sahibi olmaqdan imtina edib ev heyvanı saxlayırlar.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər keçirilən rəy sorğularına istinadən məlumat yayıb.
Məlumata görə, getdikcə daha çox gənc amerikalı uşaq böyütmək əvəzinə ev heyvanlarına üstünlük verir.
Son rəy sorğusunun nəticələrinə əsasən, amerikalıların 43%-i uşaq sahibi olmaqdansa, ev heyvanı saxlamağı daha üstün tutduqlarını bildiriblər.
Bu tendensiyanın əsas səbəblərindən biri kimi iqtisadi xərclər göstərilir.
Belə ki, ABŞ-də uşağı doğulduğu gündən 17 yaşına qədər böyütmək valideynlərə təxminən 300 min dollara (təxminən 510 000 manat) başa gəlir. Bu məbləğə yaşayış yeri, qidalanma, geyim və təhsil kimi təməl ehtiyaclar daxildir.
Müqayisə üçün qeyd edilir ki, ev heyvanının 18 illik xərcləri cəmi 27 min dollar (təxminən 45 900 manat) təşkil edir.
Xuraman Etibarlı
İnterpress.az






