Ermənistan ordusunda ərzaq oğurluğu kütləviləşibbackend

Ermənistan ordusunda ərzaq oğurluğu kütləviləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, artıq ərzaq oğurluğu o həddə çatıb ki, hərbi hissələrdən birinin aşbazları barəsində cinayət işi başladılıb.

Ermənistanın Məhkəmə departamentinin mətbuat xidmətindən verilən məlumata görə, Mger Zaroyan və Ovsanna Adamyan adlı aşbazlar ərzaq mallarını mənimsəməkdə ittiham olunurlar.

İttiham aktına əsasən, Mger Zorayan və Ovsanna Adamyan külli miqdarda qida məhsulu mənimsəyiblər. Maddi sübut kimi 14 kiloqram donuz əti, 9,2 kq bitki yağı, 10 kq vermişel, 2 kq tomat pastası və 25 ədəd yumurta oğurluğu göstərilir.

Hər 2 aşbaz barədə başqa yerə getməmək qərarı verilib.

Xatırladaq ki, bir müddət öncə Ermənistanın “Qraparak” qəzeti Müdafiə Nazirliyinin anbarlarından benzin oğurluğu haqda yazı dərc etmişdi.

İnterpress.az