Verilən xəbərə görə, bu barədə Rusiya təhqiqat komitəsinin regional şöbəsindən xəbər verilib.
Körpənin meyidi ağır döyülmə izləri ilə uşağın anasının yaşadığı mənzildə tapılıb.
“Ilkin istintaqa görə, körpə bərkdən ağladığı üçün ögey ata onu bərk döyüb. Alınan zədələrdən körpə keçinib”, – deyə Təhqiqat komitəsinin Voronejin Levoberejniy rayonu üzrə rəhbəri Matvey Sladkix bildirib.
Hazırda həmin şəxs istintaqda sorğu-sual altındadır. (musavat)
İnterpress.az